Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib

18-02-2024, 09:54           
Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib
Hazırda oxunan: Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib
“Çexiya Ukrayna üçün 155 və 122 mm kalibrli 800 min artilleriya mərmisi əldə edib. Əgər maliyyələşmə olarsa, yaxın həftələrdə mərmilər Ukrayna ordusuna təhvil veriləcək”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Avropa İttifaqına üzv 5 ölkənin liderlərinin iştirakı ilə baş tutan panel müzakirəsində bildirib.

Çexiyanın dünyada hərbi avadanlıq axtarışı üzrə uğur qazandığını xatırladan prezident qeyd edib ki, Çexiya ABŞ, Almaniya, İsveç və digər ölkələrdəki tərəfdaşlarından maliyyə dəstəyi ala bilsə, bu mərmilər bir neçə həftə ərzində Ukraynaya göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru