Avropada inflyasiyanın yeni növü yaranıb

18-02-2024, 09:24           
Avropada inflyasiyanın yeni növü yaranıb
Avropa İttifaqı Ukraynadakı münaqişə fonunda yaranmış yeni inflyasiya növü ilə üzləşib.

Bu barədə Avropa Parlamentinin (AP) Xorvatiyadan olan üzvü Bilyana Borzan bildirib.

Yeni inflyasiya növünə "skimpflyasiya" adı verilib. Bu tip inflyasiya ilə istehsalçılar nəinki qiymətləri artırır, həm də malların keyfiyyətini aşağı salırlar.

Borzanın sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri bir çox qida məhsullarında bir sıra inqrediyentlər daha aşağı keyfiyyətli olanlarla əvəzlənib. Məsələn, günəbaxan yağı palma yağı ilə əvəz edilməyə başlanıb. Diplomat qeyd edib ki, bu tədbirlər müvəqqəti hesab edilsə də, bu günə qədər davam edir.

"Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir", deyə Borzan bildirib.

Son məlumatlara görə, Avropa İttifaqı illik inflyasiya 3,1% təşkil edib. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru