Niderlandın baş naziri: Ukrayna Silahlı Qüvvələri 20-dən çox F-16 qırıcısı alacaq 18-02-2024, 15:24 F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi prosesi qrafik üzrə gedir.NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte bildirib.O bildirib ki, Ukrayna 20-dən çox döyüş təyyarəsi alacaq.“Ümid edirik ki, onları mümkün qədər tez çatdıracağıq. Bu məsələlərdə irəliləyiş var. Bu, yaxşı xəbərdir”, – Rutte bildirib. Facebook-da paylaş