Almaniya ordusunun pulu çatışmır

10-03-2024, 13:16           
Almaniya ordusunun pulu çatışmır
Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin iclasında 2025-ci ildə ölkənin hərbi büdcəsinin altı milyard avro kəsiri olacağını bildirib.

Onun fikrincə, belə vəziyyətdə Almaniyanın ÜDM-nin 2%-i həcmində NATO-ya ödənişi sual altındadır.

Bildirilib ki, Müdafiə Nazirliyi bu problemləri Maliyyə Nazirliyi ilə müzakirə edir, lakin hələlik konsensus əldə olunmayıb.

Maliyyə Nazirliyi müdafiə idarəsinin xəzinəsini doldurmağın yeganə yolunu yalnız sosial ödənişləri azaltmaqda görür. Lakin buna kansler Şolts qəti etirazını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru