Co Bayden 460 milyard dollarlıq məsrəf paketini imzalayıb

11-03-2024, 11:54           
Co Bayden 460 milyard dollarlıq məsrəf paketini imzalayıb
Prezident Co Bayden şənbə günü bir çox əsas federal qurumların bağlanmasının qarşısını almaq üçün Senat tərəfindən təsdiqlənmiş 460 milyard dollarlıq xərclər paketini imzalayıb.

Paket bu həftənin əvvəlində Nümayəndələr Palatasından da keçib.

Buraya maliyyə ili üçün altı qanun layihəsi daxildir. Qanun layihəsini imzalayarkən Bayden hər iki palatadakı hər iki partiyanın liderlərinə və müzakirəçilərinə işlərinə görə təşəkkür edib.

Ağ Evin bildirdiyinə görə, bu, agentliklərin "normal fəaliyyətlərini davam etdirə biləcəkləri" deməkdir.

ABŞ Senatı cümə günü hökumətin qismən qapanmasının qarşısını alıb. Belə ki, Senat hazırkı maliyyə bitmədən saatlar öncə bir neçə hökumət idarəsi üçün büdcə layihəsini təsdiq edib.

Senatorlar 75-22 səs fərqi ilə kənd təsərrüfatı, nəqliyyat, veteranlar və başqa proqramları sentyabrın 30-da büdcə ilinin sonuna qədər maliyyələşdirəcək.

Həmin proqramların maliyyəsi gecə yarısı bitmək üzrə idi.
Bu səsvermə hökumətin büdcə layihəsi üzərində aylardır gedən və bir ara Respublikaçılar partiyasının nəzarət etdiyi Nümayəndələr Palatasının üç həftə rəhbərsiz qalması ilə nəticələnən mübarizəni qismən həll edib.

Bu arada, qanunvericilər bütün federal qurumların 22 mart tarixinə qədər tam maliyyələşdirilməsini təmin etmək üçün müdafiə məsrəfləri də daxil olmaqla, altı qanun layihəsinin ikinci paketini müzakirə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru