Borrel silah ehtiyatlarının tükəndiyini elan edib

12-03-2024, 10:03           
Borrel silah ehtiyatlarının tükəndiyini elan edib
Avropa diplomatiyasının rəhbəri Jozep Borrel öz bloqunda Ukraynadakı münaqişə səbəbindən Avropanın silah ehtiyatlarının tükəndiyini etiraf edib.

O, həmçinin Aİ ölkələrini müdafiə sənayesini inkişaf etdirmək və müdafiə qabiliyyətini gücləndirmək üçün investisiyalar cəlb etməyə çağırıb.

“Mövcud silah ehtiyatları tükənib və münaqişə ehtiyatlar müharibəsindən istehsal müharibəsinə çevrilib”, - deyə Borrel bildirib. O, Avropa ölkələrini Ukraynaya adekvat hərbi dəstəyi davam etdirərək silahlarını artırmağa çağırıb.

Diplomatın sözlərinə görə, hazırda birliyin müdafiə sənayesinin 90%-i Aİ-nin bir neçə ölkəsində cəmlənib. Sənayenin illik dövriyyəsi təqribən 70 milyard avro təşkil edir və 500 min işçi çalışır. (Mənbə: kommersant)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru