Danimarkadan Ukraynaya yeni böyük yardım PAKETİ

13-03-2024, 10:14           
Danimarkadan Ukraynaya yeni böyük yardım PAKETİ
Danimarkanın Xarici Siyasət Şurası Ukraynaya 2024-2026-cı illərdə ayrılacaq 2,3 milyard kron (təxminən 308 milyon avro) dəyərində yeni hərbi yardım paketini qəbul edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

16-cı yardım paketinə Fransa ilə əməkdaşlıq çərçivəsində "SEZAR" özüyeriyən artilleriya sistemlərinin alınması üçün vəsait daxildir.

“Artilleriya və minaatan sistemlərinə Ukraynadan böyük tələbat var. Bu ianə paketi ilə biz əlavə "SEZAR" artilleriya sistemləri və müvafiq sursatlar şəklində Ukraynanın azadlığı uğrunda mübarizəyə mühüm töhfə veririk”, – Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen bildirib.

Qeyd olunur ki, 2024-2028-ci illərdə ayrılması planlaşdırılan Ukraynaya yardım fondunda ümumilikdə 25,3 milyard kron (demək olar ki, 3,4 milyard avro) rezerv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru