Ukraynada səfərbərlik:

13-03-2024, 18:28           
Ukraynada səfərbərlik:
Ukraynada səfərbərliklə bağlı yeni qanun layihəsi müzakirə olunur.

Bu barədə Ukrayna Müdafiə Nazirliyindən məlumat verilib.

Qanun əsas etibarilə ön cəbhə xəttində olan 330 min hərbçinin dəyişdirilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, orduya çağırış haqqında qanunvericiliyin yenilənməsi planlaşdırılır ki, 500 minə qədər adamın işə götürülməsi mümkün olsun. Onların əksəriyyəti ön cəbhədə olan bölmələrin rotasiyasını təmin edəcək, qalanları isə döyüş meydanındakı vəziyyətdən asılı olaraq itkiləri kompensasiya edəcək və ordunun digər ehtiyaclarını təmin edəcək.

Qanun layihəsi martın 31-dək Ali Radada ikinci oxunuşda səsə qoyula bilər.

Mənbə: NV.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru