34 çeçen snayperçi pusquya düşərək öldürülüb

30-06-2015, 21:15           
34 çeçen snayperçi pusquya düşərək öldürülüb
FaktXeber.com-un Əl-Mənar telekanalına istinadən məlumata görə, Suriya ordusu İordaniyadan bu ölkəyə keçən 34 çenen terrorçunu pusquya salaraq məhv edib.

Suriyada olan terrorçu qruplaşmalar Muk məntəqəsində, İordaniyadan bu ölkəyə keçən 34 çeçen snayperçini gecə saat 3-ün yarısı Əl-Nəsib sərhəd keçid məntəqəsində qarşılayaraq özləri ilə aparırlar. Suriya ordu qüvvələri tərəfindən izlənilən terrorçular Deranın şərqində yerləşən Seyda şəhərinə gələrək mənzillərin birində məxfi şəkildə yerləşirlər. Səhər saatlarında terror qruplaşmalarının birinin yüksəkçinli komandiri onlarla toplantıya gəlir. Bu vaxt Suriya ordusu onlara hücum çəkərək, terrorçuları zərərsizləşdirib. Onlardan bəzisi isə yaralanaraq əsir götürülüb.

Xatırladaq ki, partizan və küçə döyüşlərində snayperçilər ən önəmli rola malikdirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.