FED-in hədəfi uçot dərəcəsini 3%-ə çatdırmaqdır

29-04-2017, 12:49           
FED-in hədəfi uçot dərəcəsini 3%-ə çatdırmaqdır
ABŞ Federal Ehtiyat Sistemi (FED) öz hədəfinə çatmaq üçün tezliklə uçot dərəcəsini 8 mərhələdə, ümumilikdə 2 faiz bəndi artıraraq 3%-ə çatdırmalıdır. "Report" Nyu-Yorkda yerləşən "Elazar Advisors" maliyyə bazarları araşdırmaları şirkətinin analitiki Xaim Sigelin (Chaim Siegel) hazırladığı hesabata istinadən bildirir ki, FED-in hədəf kimi səsləndirdiyi "neytral" real faiz hədəfi 1%-dir. Bu da onu göstərir ki, hazırda inflyasiya 2% təşkil etdiyi üçün buna 1% real faiz gəliri də əlavə edildikdə uçot dərəcəsi 3% təşkil etməlidir. Buradan aydın olur ki, son zamanlar ABŞ-ın zəif iqtisadi göstəricilərinə baxmayaraq, FED faizləri artırmağa davam edəcək.
ABŞ-da keçən həftə açıqlanan fiskal xərclərin artırılması planları uçot dərəcəsini artırmaq planlarını daha da stimullaşdıracaq. Məhz bu səbəbdən FED rəhbərlərindən Erik Rozenqrin uçot dərəcəsinin 2017-ci ildə 4 dəfə artırıla biləcəyini açıqlayıb. FED rəhbərinin köməkçisi Stenli Fişer isə ABŞ iqtisadiyyatında yavaşlamanın gözlənilmədiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.