Tam versiya

ABŞ-da fabrikada baş verən partlayış nəticəsində yaralananların sayı 125-ə çatıb
BÖLÜM : Dünya
YAYIM TARİXİ : 22 noyabr 2017 07:08

ABŞ-ın Nyu-York ştatında kosmetika fabrikasında baş verən partlayış nəticəsində bir nəfər həlak olub, yaralananların sayı isə 125 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış Nyu-Vindzor şəhərində yerləşən "Verla International" fabrikasında baş verib.

"Verla International" fabrikası dırnaqlar üçün laklar, losyon, ətirlər və digər kosmetik məhsullar istehsal edir.