İlk bitkoin milyarderləri məlum oldu

3-12-2017, 19:55           

Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.

teref.az APA-ya istinadən verdiyi məlumata görə, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı bitkoin ehtiyatlarının 1 faizini alıblar.

Həmin vaxt 1 bitkoinin dəyəri 120 dollar olub. Ötən dövr ərzində bitkoinin dəyər 100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının bitkoinə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.