Stalinin ölüm maskası 17 min 300 dollara satılıb

10-08-2018, 20:50           
Stalinin ölüm maskası 17 min 300 dollara satılıb
Sovet lideri İosif Stalinin ölüm maskası İngiltərədəki hərracda 17,3 min dollara (13,5 funt sterlinqə) satılıb.

“The Canterbury Auction Galleries”də təşkil edilən hərracda Stalinin ölümündən sonra onun əli və üzündən alınmış maska satılıb. Satış əməliyyatı isə telefon zəngi vasitəsilə həyata keçirilib.

31,7 sm hündürlüyü olan maskanın yeni sahibinni adı açıqlanmayıb.

Qeyd edək ki, Stalinin ölüm maskasını Sovet rəhbəri vəfat etdikdən sonra heykəltaraş Matvey Manizer(1891-1966) tərəfindən hazırlanıb. Matvey Manizer SSRİ İncəsənət akademiyasının vitse-prezidenti olub. SSRİ ərazisində 10-dək Stalin maskasının olduğu güman edilir.Onlardan biri Qoridəki Stalinin ev-muzeyindədir.
Open.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru