Kapital Bank-dan şikayət var: "Yəqin belə "opertativ" xidmətə görə ilin bankı adına layiq görülmüsünüz, deyilmi?"
29-08-2020, 02:18
Teref.az xəbər verir ki, Orxan Səfərl adlı sosial şəbəkə istifadəçisi Kapital Bank-ıdan şikayətçidir. Orxan Səfərli şikayətində yazır: "Şikayətim var! Kapital Bank -dan! 18.08.2020-ci il tarixində BirKart vasitəsilə Hesab.az -dan ödəniş cəhdim uğursuz alınıb. (500 manat məbləğ). Həmin gün, Birkart mobil applikasiyada texniki problemləriniz yarandığından həmin an hesabıma baxa bilməsəm də, təqribən 1 saat ərzində sistemə baxdıqda müvafiq məbləğin hesabımdan çıxdığı göstərildi." "Bununla bağlı, 196 müştəri xidmətinizə müraciət etdim və müvafiq məbləğin 5 iş günü ərzində ya qarşı tərəfə, ya da mənim kartıma yüklənəcəyini bildirdilər. Hazırda 9 iş günü keçib. Bununla bağlı, yenidən 196 müştəri xidmətinə müraciət edirəm, min bir bəhanə gətirir əməkdaşınız. Uğursuz əməliyyat barədə məndən screen istəyir. Məbləği görüb-görmədiyini soruşuram, bloklandığını deyir. Sonda məntiqsiz istəklərinə qarşı verdiyim suallara cavab verə bilməyib. Sizə araşdırıb 30 gün ərzində məlumat verərik deyir. 30 gün Karl! Yəqin belə opertativ xidmətə görə ilin bankı adına layiq görülmüsünüz, deyilmi?" Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq! Teref.az