"Bu hallar cəmiyyətdə qınağa səbəb olacaqsa, mütləq din də onu qadağan edəcək" - AÇIQLAMA

23-02-2021, 09:19           
"Bu hallar cəmiyyətdə qınağa səbəb olacaqsa, mütləq din də onu qadağan edəcək" - AÇIQLAMA
Hazırda AzTV-nin xəbərlər proqramının aparıcısı olan gənc diktor Ruslan Həsənov anasının nəşi ilə selfi çəkərək öz hesabında paylaşıb.

Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun bu addımını sərt şəkildə qınayaraq ondan fotoşəkli silməsini tələb ediblər.

Bu hərəkətin dini dəyərlərimizə nə qədər uyğun olub, olmadığı haqqında "Şərq"ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov qeyd edib ki, bu hallar cəmiyyətdə qınağa səbəb olacaqsa, mütləq din də onu qadağan edəcək:

"Əslində dini dəyərlərimizdə bu barədə konkret olaraq, şəriət hökmü yoxdur. Sadəcə olaraq, dinimizdə belə bir qayda var ki, dünyasını dəyişən şəxsə qarşı onun hörmətini zədələyən və ehtiramını sındıran heç bir əməli yerinə yetirmək olmaz. Digər tərəfdən bu kimi halların cəmiyyətdə necə qarşılanmasına da baxmaq lazımdır.

Əgər insanlar vəfat edən şəxslə foto çəkib paylaşmağı qınayırlarsa və həmin hal cəmiyyətdə hörmətsizlik olaraq qəbul edilirsə, o zaman din də buna qadağa qoyacaq. Əsl məsələ bundadır ki, insan sağlığında nə qədər hörmət sahibidirsə, dünyasını dəyişəndən sonra da bu hörməti qorumaq vacibdir".
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.