DALĞA”NIN ARXASINDA HANSI “SUNAMİ” DURUR?

26-09-2022, 10:45           
DALĞA”NIN ARXASINDA HANSI “SUNAMİ” DURUR?
İnternet informasiya resursları və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərin aşkarlanmasında əhəmiyyətli rol oynayır.
Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hər il açıqladığı məlumatlarda bildirilir. Məlumatda qeyd olunur ki, bunların hər biri üzrə qanunauyğun tədbirlərin görülməsi təmin edilib, faktlar müəyyən edilib, təqsirkarlar cinayət və inzibati məsuliyyətə cəlb olunub.
Amma heç də hər KİV-də yazılanlara reaksiya verilmir, əsla bütün faktlar aşkarlanmır, heç də təqsirkarların hamısı məsuliyyətə cəlb olunmur. Buna dair çoxsaylı misallar göstərmək olar. Bu məqalədə “toxunulmaz” əxlaqsızlıq yuvalarından yalnız birindən söhbət açacağıq.
Paytaxtın Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Dalğa” otelində indiyə kimi çoxsaylı qanunsuzluq halları aşkarlanaraq ifşa olunub, bu obyektlə bağlı müvafiq tədbirlər də görülüb. Bütün bunlara baxmayaraq, yenə də “Dalğa” – istirahət mərkəzində eyni problemlər yaşanmaqdadır. Problemlər dedikdə, ictimai mənəviyyat əleyhinə cinayətlərdən tutmuş bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklərin yayılmasına qədər çoxsaylı neqativ halları ehtiva edir.
Daxil olan məlumatlara görə, “Dalğa” otelində təxminən 25-30 otaq var ki, burada xidmətçilərin çoxunu qeyri-leqal əməyə cəlb olunmuş azyaşlı qızlar təşkil edirlər. Obyektin sahibi Sadiq adlı şəxs heç kimsədən çəkinmədiyini bildirir və bu əxlaqsızlıq yuvasında qiymətlər 30-40-50-60 AZN arasında dəyişir. “Dalğa” – otelinə girişin sol tərəfində “Dalğa Club” fəaliyyət göstərir. Vaxtilə bu “klub” bir neçə dəfə bağlansa da, çox keçmədən yenidən fəaliyyətini bərpa edib. Yaxın ətraf ərazidə yaşayan sakinlər gecələr burada qulaq batıran səs-küydən, dava-dalaşdan şikayətlənirlər. Qeyd olunur ki, qanunsuz istismara cəlb olunan qızların həqiqi sayını bilmək üçün “Dalğa”ya gecə baş çəkmək lazımdır. “Dalğa” Xətai rayonu ərazisində heç də az sayda olmayan əxlaqsızlıq ünvanlarının arasında ən məşhuru, ən çox müştəri cəlb edənidir.
Bütün müşahidə olunanlar göstərir ki, “Dalğa”nın arxasında bir və ya bir neçə “sunami”, Sadiqin arxasında da yüksək çinli, hüquq-mühafizə və cinayət vtəqibi orqanlarına sirayət etmək gücünə malik himayədarları durur.
Mövzuya qayıdacağıq.

Nyus.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.