İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır.

24-01-2024, 07:29           
İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bugünkü mətbuat konfransında söylədiklərindən gəlinən əsas nəticələr bunlardır: 1.İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı sərhədlərin dəqiqləşməsini də istəyir. Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini prezident İlham Əliyev bir neçə dəfə bildirib;
2. Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir. Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq;
3. Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır. Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru