Azərbaycan vətəndaşı özü də hiss etmədən çox sayda vergi ödəyir

2-02-2024, 10:44           
Azərbaycan vətəndaşı özü də hiss etmədən çox sayda vergi ödəyir
Azərbaycan vətəndaşı özü də hiss etmədən çox sayda vergi ödəyir – biz maaş-gəlirlərdən, DSMF-yə ödədiyimiz vergiləri birbaşa görürük, amma dolayı vergiləri hesablaya, hiss edə bilmirik.
2024-cü il büdcəsinin gəlir hissəsinə baxaq:
1) Birbaşa gördüyümüz vergilər fiziki şəsxlərin gəlir vergisidir – 1 mlrd. 895 mln. manat və Sadələşdirilmiş vergi 333 mln. manat,
2) ƏDV-dən büdcəyə daxilolmalar – 7,5 mlrd. manat, bundan başqa ölkə ərazisinə malların idxalına görə əlavə dəyər vergisi – 4,2 mlrd. manat,
3) Aksizlərlə bağlı vergilər – 1,5 mlrd. manat və Azərbaycan ərazisinə malların idxalına görə aksizlər – 173 mln. manat,
4) Gömrük rüsumları – 1,5 mlrd. manata yaxın,
5) Yol vergisi – 127 mln. manat,
6) Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 831 mln. manat.
7) DSMF-yə ödənilən, yəni, məcburi dövlət sosial sığorta haqları – 5,2 mlrd. manat (burada işəgötürənlərin də ödədiyi vəsait var, amma nə fərqi var ki, o da vətəndaşdır, əlavə vəsait ödəyir),
8 ) Avtomobillərin, mənzillərin, sağlamlığın, işsizliyin icbari sığorta xərcləri – bunlar da vergi növüdür, cəmi 500 mln. manata yaxındır.
Yəni, vətəndaşlar dolayı olaraq (hələ DSMF-ni saymasaq) 16,3 mlrd. manat dolayı vergi-rüsum ödəyir, çünku, ƏDV daxil bütün vergilərin, rüsumların SON ÖDƏYİCİSİ vətəndaşdır, alıcıdır, istehlakçıdır.
Bu gündən yeni bir vergi nəvü də tədbiq edildi – utilizasiya vergisi, avtomobil sahibləri hər il 10-40 manat arası (avtomobilin istehsal ilindən asılı olaraq) utilizasiya vergisi ödəyəcək.
Vergi ödəyək, buna etirazım yox, hərçənd bizim, REAL-ın siyasi mövqeyinə görə vergi-rüsumlar kəskin azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın - Dövlət bizimdir, amma tarixən vergi seçkiyə bağlıdır, qədimdə səsvermə hüququn yaranması belə ilk vergiödəyiciləri ilə bağlı olunub, ona görə də, vergi veririksə o vəsaitə nəzarət üçün seçki hüququmuzun bərqərar olması çox vacibdir. İqtisadiyyat nazirliyinin, “Dövlətə vergi – Vətənə sevgi”, sloqanı doğru deyil, “Dövlətə vergi – vətəndaşa seçki”, bu daha doğru, məntiqli yanaşmadır, məhz belə olmalıdır...
Natig Cəfərli
TEREF: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.