"Böyük qayıdış" ilk növbədə iqtisadi fürsətlərə bağlıdır... - HƏQİQƏTƏN DƏ...

2-02-2024, 11:26           
"Böyük qayıdış" ilk növbədə iqtisadi fürsətlərə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Millət vəkili Vahid Əhmədov Milli Məclisdə azad olunan ərazilərdə hərbi sənaye müəssisələrinin tikilməsi ilə bağlı təklif də verib. Qarabağda hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac olduğunu vurğulayan deputat deyib ki, bu təkliflə bağlı Milli Məclisin növbəti iclaslarında qərar veriləcək: “Ümumiyyətlə, azad olunan ərazilərdə hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi Ağdam və Cəbrayıl rayonlarında müvafiq işlər görməlidir. Həmin sənaye müəssisəsində ağır texnika və silahlar yox, hərbi təyinatlı məhsullar, patron darağı və güllələr istehsal etmək olar. Sovet dövründə də Ağdam rayonunda hərbi sənaye müəssisəsi olub”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, işğaldan azad olunan hər bir rayonda istehsal müəssisələrinin tikilməsinə ehtiyac var:

“Hansı istehsal müəssisəsinə daha çox ehtiyac olduğunu isə ölkənin iqtisadi modeli diktə etməlidir. Bu, ekspertin, millət vəkilinin arzusundan ibarət olmamalıdır. Sənaye müəssisələrində çalışan ekspertlərin, texnoloqların olması mütləqdir. Ona görə də həmin bölgədə tikiləcək müəssisələrin hansı sahələri əhatə etməsi vacib deyil. Əsas odur işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik təmin edilsin. Sənaye müəssisələrinin yaradılması əhalinin həmin bölgələrə köçməsini stimullaşdıracaq. "Böyük qayıdış" ilk növbədə iqtisadi fürsətlərə bağlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.