Maşınının arxa şüşəsini yazan sürücü tutuldu - FOTO

16-07-2021, 17:29           
Maşınının arxa şüşəsini yazan sürücü tutuldu - FOTO
Arxa şüşəsinə yazı yazılan avtomobilin sürücüsü saxlanılıb.

Lent.az-ın məlumatına görə, həmin avtomobilin görüntüləri “Facebook”-da yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Nəticədə həmin sürücünün avtomobildə ciddi konstruktor dəyişikliyi etdiyi müəyyənləşib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib:

"Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Dövlət Yol Polisi hesab edir ki, avtomobillərin arxasına yazılan bu cür şüarlar insanlar arasında pis fikir formalaşdırmaqla yanaşı, eyni zamanda arxadan gələn sürüclərin fikrinin yayınmasına da səbəb olur. Bu yazıları oxuyan sürücülərin fikri yoldan yayındığı üçün qəzalara gətirib çıxara bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, belə yazıları şüşələrə yazmasınlar".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru