Dəhşətli QƏTL hadisəsi: Naməlum şəxs 4 nəfəri güllələdi
2-02-2023, 18:44
Antalyada dəhşətli qətl hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtomobildə olan 4 nəfər naməlum şəxs tərəfindən güllələnib.
Onlardan 3-ü ölü, 1-i isə yaralı halda tapılıb. Yaralı təcili şəkildə xəstəxanaya aparılıb. Ölən şəxslərin isə başından tapança ilə vurulduğu müəyyən olunub.