Moskva metrosunda sərnişin yeniyetməni qatarın altına atdı - VİDEO

10-03-2023, 12:24           
Moskva metrosunda sərnişin yeniyetməni qatarın altına atdı - VİDEO
Moskva metrosunda sərnişinlərdən biri 15 yaşlı yeniyetməni yaxınlaşan qatarın altına itələyib.

Bu barədə martın 9-da Moskva Nəqliyyat Departamenti öz “Telegram” kanalında məlumat yayıb.

Hadisə dairəvi xəttin Kiyev stansiyasında baş verib.

Kadrlarda kişinin qatarı gözləyən azyaşlıya arxadan necə yaxınlaşdığı və onu itələdiyi görünür.

“Metro növbətçisinin sözlərinə görə, sərnişin sağdır. Onu itələyən qanun pozucusu saxlanılıb”, - deyə məlumatda bildirilib

Moskva prokurorluğundan bildiriblər ki, günahkar 1961-ci il təvəllüdlü kişidir. Cinayətin motivləri hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru