Estoniyada işğal altında olan Ukrayna şəhərinə səfər edən siyasətçi saxlanıldı

11-03-2023, 11:34           
Estoniyada işğal altında olan Ukrayna şəhərinə səfər edən siyasətçi saxlanıldı
Estoniyada Rusiyaya dəstək verən və Ukraynanın işğal olunmuş ərazilərinə səfər edən “Koos” hərəkatının rəhbəri saxlanılıb.

Estoniya Təhlükəsizlik Polisi dövlətə qarşı əlbir olmaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Onların arasında iki Estoniya vətəndaşı və Estoniyada yaşamaq icazəsi olan bir Rusiya vətəndaşı da var. Saxlanılanlardan biri də Ayvo Petersondur.

Peterson “Estoniyanın sülh və davamlı inkişaf üçün ictimai hərəkatı” kimi tanınan “Koos” hərəkatının aparıcı üzvlərindən biridir. Bu hərəkat 2022-ci ilin martında Rusiyanın Ukraynaya tammiqyaslı işğalından sonra rəsmi şəkildə ərsəyə gəlib.

Ayvo Peterson dəfələrlə Rusiyanı dəstəkləyən bəyanatlarla çıxış edib. 2023-cü ilin martında, parlament seçkiləri ərəfəsində o, müvəqqəti işğal olunmuş Donetsk və Mariupola səfər edib.

Mənbə: “RBC-Ukrayna”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru