Əli Şamxaninin qardaşı oğlu həbs edildi

2-05-2024, 00:11           
Əli Şamxaninin qardaşı oğlu həbs edildi
İranda Ərvənd Azad İqtisadi Zona Təşkilatı sədrinin texniki işlər üzrə keçmiş müavini Mud Şamxani həbs olunub. O, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qardaşı oğludur.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Mud Şamxani rüşvət almaq və korrupsiya əməllərində şübhəli bilinir.
Qeyd edək ki, İranın ali rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri Əli Şamxani də korrupsiya və vəzifə səlahiyyətlərindən özünün, həmçinin ailəsinin sui-istifadə etmələrinə görə daim İran mediası tərəfindən tənqid edilib.

oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru