İcra başçısının müavini silahla Qurban Hüseynovu vurdu

Bu gün, 16:44           
İcra başçısının müavini silahla Qurban Hüseynovu vurdu
Dağıstanın Novolakski rayon icra başçısının müavini Rüstəm Süleymanov travmatik silahla yerli sakin Qurban Hüseynova atəş açıb.

XALQ Rusiya mediasına istinadla bildirir ki, onun icarəyə götürdüyü torpaq sahəsini boşaltması ilə bağlı məhkəmə iclasından sonra Hüseynov torpaq komitəsinin üzvü olan Süleymanovun evinə gəlib.

Kişi belə bir məhkəmədən təsirlənməyib. Əvvəlcə Qurban uzun müddət torpaq komitəsinin üzvü olan Süleymanovla telefonda mübahisə edib, sonra isə birbaşa onun ünvanına gəlib icra başçısının müavinini hədələməyə başlayıb. Rüstəm özünü müdafiə etmək məqsədilə travmatik silah götürüb dava salanın bud nahiyəsinə atəş açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru