“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırdı

25-03-2021, 21:32           
“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırdı
Türkiyənin "Fənərbaxça” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Sfera.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

"Fənərbaxça” Erol Bulutu əvəzləyəcək mütəxəssisin adını da açıqlayıb. Komanda mövsümün sonunadək Əmrə Bələzoğluna həvalə edilib.

Qeyd edək ki, "Fənərbaxça” 30 oyundan 59 xal toplayıb və Super Liqada 3-cü pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru