DÇ-2022-nin seçmə oyunu qadın baş hakimə tapşırıldı

26-03-2021, 06:45           
DÇ-2022-nin seçmə oyunu qadın baş hakimə tapşırıldı
Fransadan olan qadın referi Stefani Frappar 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Niderland - Latviya oyununa təyinat alıb.

"Report"un məlumatına görə, görüş martın 27-də Amsterdamdakı "Yohan Kruiff Arena"da təşkil olunacaq. G qrupunda ilk turun oyunlarında Niderland Türkiyəyə 2:4, Latviya isə Monteneqroya 1:2 hesabı ilə uduzub.

37 yaşlı Frappar karyerasında ilk dəfə kişilər arasındakı dünya çempionatının seçmə oyununda iş başında olacaq. O, Fransa Liqa 1, UEFA Super Kuboku və Çempionlar Liqasında oyun idarə etmiş ilk qadın baş hakimdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru