Belarusun Eurovision-2021-də iştirakına qadağa qoyuldu

27-03-2021, 00:55           
Belarusun Eurovision-2021-də iştirakına qadağa qoyuldu
Belarusiya bu il Eurovision-a qatılmayacaq. Avropa Yayım Birliyinə (EBU) görə, ölkənin təqdim etdiyi yeni mahnıda yarışmanın qaydaları pozulub.

Bizimxeber.az bildirir ki, "Belteleradiocompany uzun müddət ərzində iştiraka qəbul edilmiş bir müraciət təqdim edə bilmədiyi üçün, təəssüf ki, Belarus may ayında keçiriləcək 65-ci Eurovision Mahnı Müsabiqəsində iştirak etməyəcək" deyə qurumun Twitter-də verdiyi açıqlamasında qeyd olunub.

Belteleradiokompaniyanın Belarusiya dövlət media holdinqinin sədri, Avropa Yayım Birliyinin (AYB) üzvü və Eurovision üçün milli seçim layihəsinin təşkilatçısı İvan Eismont RİA Novosti-yə bildirib ki, müsahibə üçün yeni bir mahnı seçilib və yaxın gələcəkdə AYB-yə göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru