Millimiz bu gün Qətərlə qarşılaşacaq

27-03-2021, 08:43           
Millimiz bu gün Qətərlə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru