Ronaldonun təmiz qolu sayılmadı, çılğına döndü - Şəkillər+Video

28-03-2021, 11:42           
Ronaldonun təmiz qolu sayılmadı, çılğına döndü - Şəkillər+Video
DÇ-2022-nin seçmə mərhələsinin millimizin yer aldığı A qrupunda keçirilən Serbiya – Portuqaliya matçının sonunda gərginlik yaşanıb.
Qol.az xəbər verir ki, qonaqların kapitanı Kriştiano Ronaldo matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə qol vursa da, hakim bunu qeydə almayıb.

Onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib. Bu qərardan qəzəblənən Ronaldo yan xətt hakiminə sərt şəkildə etiraz edib və buna görə də sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb və final fitindən əvvəl meydanı tərk edib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru