Millimizlə oyuna "qol kralı" kimi gəlir

28-03-2021, 11:46           
Millimizlə oyuna "qol kralı" kimi gəlir
Aleksandar Mitroviç Serbiya futbolunun tarixinə düşüb.

Qol.az "Gracenote Live" saytına istinadən xəbər verir ki, "Fulhem"in oyunçusu milli komandasının Portuqaliyaya qarşı dünən keçirilən DÇ-2022-nin seçmə matçında (2:2) bir dəfə fərqlənib. Bununla millidəki qollarının sayını 39-a çatdıran 26 yaşlı hücumçu Serbiya (Yuqoslaviya) millisi tarixində ən çox qol vuran oyunçu olub. Buna qədər rekord 38 qolla Stepan Bobekə (1950-ci illərin ortaları) məxsus idi.

Qeyd edək ki, Mitroviçin milli komandası ilə növbəti oyunu martın 30-da Bakıda Azərbaycana qarşı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru