Stadiondan izləyirdilər: Türk futbolçuya “Liverpul”dan 25 milyon avroluq təklif var

28-03-2021, 16:25           
Stadiondan izləyirdilər:
Türkiyə millisi və “Trabzonspor”un qapıçısı Uğurkan Çakır üçün dünya futbolunun nəhəngləri dövrəyə girdi.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu günlərdə oynanan və Uğurkan Çakırın xüsusi qabiliyyətini bir daha sərgilədiyi Norveç-Türkiyə qarşılaşmasında qapıçını canlı izləmək üçün İtaliya və İngiltərədən nümayəndələr stadionda əyləşibmiş. Hazırda dünya futbol nəhənglərindən “Liverpul” və “Tottenhem” klubları Uğurkan Çakıra namizəddir.

Ona əvvəlcə “Sevilya”dan 16 milyon avroluq, daha sonra “Tottenhem”dən 18 milyon avroluq təklif gəlib.

Lakin qapıçı rədd cavabı verib və 25 milyon avrodan aşağı təklifəri dəyərləndirməyəcəyini söyləyib. “Trabzonspor” rəhbərliyi isə Uğurkan Çakırın transferi üçün 20 faizlik pay istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru