Millətlər Liqası: Şotlandiya Ukraynadan üstün oldu - VİDEO

22-09-2022, 09:04           
Millətlər Liqası: Şotlandiya Ukraynadan üstün oldu - VİDEO
UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.

Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılan matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib.

Ukraynalı futbolçular meydançaya dövlət bayrağı ilə çıxıblar.

İlk hissədə qapılara top vurulmasa da, ikinci hissədə üç dəfə fərqlənən şotlandlar oyunda qələbəni təmin ediblər - 3:0.

Hazırda Şotlandiya yığması 4 oyundan 9 xalla qrupa başçılıq edir. 7 xalı olan Ukrayna seçməsi isə 2-ci pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.