"Neftçi"nin rəqibi Azərbaycan polisini təhqir edib

2-07-2015, 12:57           
"Neftçi"nin rəqibi Azərbaycan polisini təhqir edib
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Çernoqoriya “Mladost”unun baş məşqçisi Aleksandr Nedoviçin dünən Bakıda mətbuat konfransı baş tutmalıydı.

teref.az azerisport.az-a istinadən xəbər verir ki, tədbir saat 20:30-da start götürməliydi.

Amma mətbuat konfransı keçirilməyib. Buna çernoqoriyalıların “Bakcell Arena”ya gec gəlməsi səbəb olub. Ona görə də mətbuat konfransı ləğv olunub.

Sonradan məlum olub ki, “Mladost”un stadiona gec gəlməsinə səbəb onları aparan avtobusu müşayiət edən yol polisləri olub.

Belə ki, onlar “Bakcell Arena”nın yolunu tapa bilmirmişlər.

Stadiona təxminən bir saat gec gələn çernoqoriyalı futbolçular avtobusdan düşərkən öz narazılıqlarını aşkar büruzə veriblər. Rəqib oyunçulardan polislər tərəfə tüpürənlər də tapıblar.

Qeyd edək ki, “Mladost” bu gün “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Matç saat 21:00-da start götürəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.