İraqda sursat anbarında partlayış: 9 nəfər öldü

12-08-2021, 07:52           
İraqda sursat anbarında partlayış: 9 nəfər öldü
İraqın Səlahəddin vilayətindəki silah-sursat anbarında partlayış baş verib.

Bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 9 nəfər təhlükəsizlik əməkdaşı həlak olub.

Vilayətin polis idarəsinə istinadən verilən məlumata görə, insident Beyci qəsəbəsində partlayıcı maddələrin saxlandığı anbarda meydana gəlib.

Qeyd olunub ki, 2014-2017-ci illərdə İŞİD-ə qarşı əməliyyatlarda İrak hökumət qüvvələri külli miqdarda partlayıcı qurğular ələ keçirib. Bu qurğuların saxlandığı anbarlarda isə yay aylarında hərarət 50 dərəcəyədək yüksəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru