Ağciyərləri 100 faiz zədələnmiş qadın sağlam uşaq dünyaya gətirdi - FOTO
7-05-2021, 06:42
Koronavirusa görə ağciyərləri 100 faiz zədələnmiş qadın sağlam uşaq dünyaya gətirib.
Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb.
Məlumata görə, hadisə Qazaxıstanın Nur-Sultan şəhərində qeydə alınıb. Uşağın çəkisinin 4 kq olduğu bildirilir.
Doğum vaxtı Aynagül Orazbekovun vəziyyətinin son dərəcə ağır olduğu vurğulanır. Qadın təcili olaraq ikitərəfli sətəlcəm və 100% ağciyər toxumasının zədələnməsi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin sözlərinə görə, tibb işçiləri reanimasiya şöbəsində qadının həyatı üçün iki ay mübarizə aparıblar. Nəhayət 50 gün sonra həkimlərin səyi öz nəticələrini verib.