İki polis məmuru öldürülüb

11-05-2021, 21:34           
İki polis məmuru öldürülüb
ABŞ-da Texasın Konço dairəsində iki polis məmuru atışma nəticəsində öldürülüb. SİA xəbər verir ki, bu barədə yerli KLST telekanalı məlumat verib.

Məlumata görə, onların qətlində şübhəli bilinən şəxs tutulub.

İlkin məlumata görə, atəş açan 28 yaşlı Jeffri Nikolasdır. Həmçinin qeyd olunur ki, o, bazar ertəsi gecəsi iki asayiş keşikçisini vuraraq öldürüb və bir nəfəri də yaralayıb. Hazırda onların şəxsiyyətləri açıqlanmayıb.
Bildirilir ki, Nikolas nəzarətdədir, lakin hər polis məmuruna görə 2 milyon dollar olmaqla 4 milyon girov müqabilində sərbəst buraxıla bilər. O, qətldə, ağır cinayətdə ittiham olunur.

Xatırladaq ki, belə hadisə ABŞ-da birinci dəfə deyil. Bir qədər əvvəl ABŞ-da, Texasda üç nəfəri öldürən bir cinayətkar da saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru