Ağdam səhiyyəsi can verir, sabiq merlə baş həkimin biznesi genişlənir – ŞOK iddialar

14-05-2015, 22:36           
Ağdam səhiyyəsi can verir, sabiq merlə baş həkimin biznesi genişlənir – ŞOK iddialar
Ağdam səhiyyəsi acı günlərini yaşayır. Erməni işğalında olan rayonun sağlam nəsil yetişdirmək üçün etibar olunan səhiyyəsi yaman günə salınıb.

Nə Səhiyyə Nazirliyi, nə Ağdam Mərkəzi Xəstəxanasını əhalinin taleyi maraqlandırır. Baş həkim Gülnar Abbasovanın başı isə biznes imkanlarını genişləndirməyə qarışıb. Odur ki, Ağdam səhiyyəsi gözdən iraq, könüldən uzaq qalıb.
TİA.AZ-ın mötəbər qaynaqdan əldə etdiyi xəbərdə bildirilir ki baş həkim barəsində cinayət dosyesi hazırlanaraq mərkəzi dairələrə çatdırılıb.
Bu materiallarda Ağdam sakinlərinin şikayətləri, xəstəxanadakı özbaşınalıqlar, vətəndaşlarının dərisinin soyulması, pullu xidmət bir yana, rüşvətin açıq tələb olunması və digər kompomatlar yer alıb.
G.Abbasovanın başının dərddə olduğunu deyən mənbə iddia edir ki, rayon icra hakimiyyəti də məsələdən agah olub. Lakin rayon rəhbərliyi prosesin davamında maraqlı görünür. Çünki baş həkimin keçmiş icra hakimi ilə əlaqələri olduğuna dair xəbərlər daxil olub.
İcra başçısı da bunu özünə qarşı bir tələ və saymazlıq kimi qiymətləndirib. Hətta G.Abbasovanın nəzərinə çatdırılıb ki, onun vəzifəsindən azad olunması an məsələsidir və addımlarında diqqətli olsun. Baş həkim isə icra başçısı ilə toqquşmada olduğu zamanda xəstəxanadakı hərc-mərclik, dərəbəylik mühitinə də son qoymayıb.
Qaynağımızın sözlərinə görə, Ağdam səhiyyəsindəki yeyintiləri özündə əks etdirən faktlar o qədər çoxdur ki, baş həkimin vəzifədən azad ediləcəyi mümkün ehtimallar arasındadır.
Gülnar Abbasova Ağdam səhiyyəsini şəxsi qazanc mənbəyinə çevirib. Xəstəxanadakı dözülməz vəziyyət bir yana, baş həkim indi də rayondakı dərman biznesini də nəzarəti altına keçirir.
Belə ki, o Ağdamın sabiq icra başçılarından olan, el arasında rüşvətxorluq və korrupsiyanın memarı adını qazanmış Həsən Sarıyevlə ortaq aptekçilik fəaliyyətinə start verib.
Baş həkimlə sabiq icra başçısı Ağdam Mərkəzi Xəstəxanasının qarşısında ortaq aptek açıblar. Həmin apteki Həsən sarıyevin həyat yoldaşı işlətdiyi deyilir.
Gülnar Abbasova isə xəstələri dərman almaq üçün məhz həmin aptekə istiqamətləndirir. Ağdam Mərkəzi xəstəxanası ilə bağlı redaksiyamıza daha ilginc məlumatlar da daxil olub. Həmin məlumatlarla isə yaxın günlərdə təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.