Qəzzada bir ay ərzində 300 tibb işçisi ölüb

15-12-2023, 10:18           
Qəzzada bir ay ərzində 300 tibb işçisi ölüb
Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb.

Bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, qeyd olunan vaxt ərzində sektorda 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.

Səhiyyə Nazirliyi anklavda səhiyyə sahəsində son dərəcə çətin vəziyyəti bir daha qeyd edib.
Vurğulanıb ki, xüsusilə Qəzzanın cənubundakı tibb müəssisələri artıq xəstələri qəbul edə və onlara xidmət göstərə bilmirlər, kəskin dərman çatışmazlığı var, uşaq peyvəndi ehtiyatı demək olar ki, tükənib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru