Cəsarət Valehov yüksək vəzifəyə təyin EDİLDİ

15-12-2023, 10:43           
Cəsarət Valehov yüksək vəzifəyə təyin EDİLDİ
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri, tanınmış jurnalist Cəsarət Valehova yeni vəzifə verilib.

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə o, Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl nazirliyin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və oraya Səbuhi Rzayev müdir təyin olunub.
Mənbə: bizim.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru