701-ci B R İ Q A D A

28-06-2015, 19:17           

701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il matın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirirdi.
1992-ci il fevral ayının 15-indən düşmən Ağdərə rayonunun böyük hissəsini işğal etmişdir. Bu səbəbdən də, 701saylı birqadanın təcihizatıni təmin edən Ağdərə rayonunun yolları düşmən tərəfindən bağlanmışdır. Düşmən 701 saylı birqadanı ordumuzun döyüşən hissələrindən ayırıb və blokada vəziyyətinə salmışdır.
Düşmən müdafiyəsiz blokada vəziyyətində qalan Kəlbəcər rayonunu zəbt edə və Laçın rayonunda döyüşən 701 nomrəli birqadaya arxadan zərbə vura bilərdi. Birqadanın döyüşçülərinin Laçın rayonunda mühasirə vəziyyətində vuruşduğunu anlamalı, onların yüksək döyüş ruhuna təsir göstərə bilmədi.
Blokada vəziyyətində döyüşən birqadanın zabitlərinin, gizirlərinin və əskərlərinin böyük səyləri, mərdliyi, qəhramanlığı sayəsində birqadanın döyüş ruhu sağlanılır və düşmənin üstünlük təşkil edən qüvvələri ilə mübarizə apararaq, düşmənin hücumlarına qarşı inadla müqavimət göstərirdilər.
701-ci birqadanın 3-cü taboru tərkibində yalnız atıcı silahlarla silahlanmış şəxsi heyəti 400-nəfər olmaqla, briqadanın tabeliyindən çıxarılarılmışdı və Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. Kəlbəcər rayonunda hərbi hissələr yerləşdirilməmişdi, rayonun düşmən tərəfindən hər an zəbt olunması təhlükəsi real idi.
Düşmən dövlət sərhəddini pozaraq Ermənistan Respublikası ərazisindən və Ağdərə rayonundan Kəlbəcər rayonuna hücum etdiyindən və “Ömər” aşrımı qarla bağlı olduğundan, rayonun əhalisi girov düşmək təhlükəsində qalmışdır. Həm də Kəlbəcər rayonu işğal olunsa idi, düşmən Laçın rayonunda döyüşən 701-ci birqadanın bölmələrinin arxasına keçə bilərdi.
110 km-lik Ermənistanla dövlət sərhəddində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşirdi, onların vəzifə borcları və döyüş imkənları, kiçik təxribat dəstələrini zərərləşdirməkdən ibarət idi.
Müdafiyyə Nazirliyi Kəlbəcər rayonunda gücləndirilmiş motoatıcı alay yerləşdirmək qərara almışdır.
Kəlbəcər rayonunun Müdafiyyə şurası tərəfindən yerli çağrışçılardan özünümüdafiə taburu təçkil edilmişdi. Həmən yaradılmış taburda hərbiçi mütəxəsislər yox idi. Tələm-tələsik yığılmış, təlim görməmiş, tabur, tanklardan, artileriya və minaatanlardan istifadə edən düşmənin hərbi hissəsinin hücumunu dəf edə bilməzdi və döyüş əməliyatlarını aparmağa qadir deyildilər.
Müdafiə Nazirliyi tərəfindən Kəlbəcər rayonunun müdafiəsini təşkil olunana qədər, baxmayaraq ki, 701-ci briqadasının Laçın rayonunun şimal-qərb hissəsində döyüş tapşırığı yerinə yetirirdi, biz müdafiyəsiz qalan Kəlbəcər rayonuna köməklik göstərməyi və düşmən tərəfindən Kəlbəcər rayonunun işğalının, əhalisinin girov götürülməsinin qarşısını almağa başladığ.
Buna gorədə mən əmir verərək 14.02.1993-cü il tarixində 701-ci briqadanın 1-ci taborunu (130 nəfər) Kəlbəcər rayonunun girişində Çarektar kəndi yaxınlığında əlverişli mövqeydə yerləşdirdim.
Bu qüvvələrdən başqa biz laçın rayonundan döyüş mövqeylərindən qüvvələri çıxardıb Kəlbəcər rayonuna gondərə bilməzdik.
26.03. Düşmən 1 alay, Tank,PDM, 3 ədəd döyüş vertolyotlarının havadan dəstəyi ilə şiddətli artilleriya hazırlıgından sonra Qetavan-Çarektar istiqamətində hücuma keçdi. Müdafiyə mövqelərində duran 1-ci MATabor düimənin coxsaylı üstünlüyə baxmayaraq hücumu mətanətlə dəf etdi.
Bu döyüşdə düşmənin bir tankı, iki PDM, bir Mİ-24 vertolyotu, 50 nəfərə qədər şəxsi hеyəti məhv edildi. 1-ci tabоrun 5 döyüşcü həlak oldu, 6 nəfəri yaralandı.
27.03.09.00. Düşmənin iki tabora qədər canlı qüvvəsi, D-30 Artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artileriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-cı bölüyünün mövqеlərinə hücuma keçdi və Ağdaban yaşayış məntəqəsini işğal еtdi.
27.03.11.00 Geri çəkilən 1-cı özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi.
27.03.12.00. Düşmən Mİ-24 döyüş vеrtalyоtlarının atəş ilə 1-ci MAT müdafiə rayоnuna, zenit toplarının atəş mövqеlərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabоr düşmənin hücumunu 2-ci dəfə dəf etdi. Zеnit batarеyasının tоpçularıdan 3 nəfər həlak оldu, 2 nəfər yaralandı.
27.03. 17.00 Düşmən 1-ci tabоrun müdafiə rayоnuna yenə də həmlə etdi. 1-ci Tabоr mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı.
Düşmən açıq cinahı müəyyənləşdirdi. 701-ci briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədi ilə müdafiənin dərinliyinə irəllədi.
Yaranmış əməliyyət durumu ilə əlaqədər olaraq, mənim əmrimlə Laçın r-da gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcər r-na Zirehli dəstə gətirildi.
28.03. 15.00-da, Düşmən Bağlıpəyə yaşayış məntəqəsinin simalından 1-cı оzünümüdafiyə bоlüyün müdafiyə mövqеlərinə hücuma kеcdi, və оnları darmadağın еtdi. Kəlbəcər rayonu özünümüdafiyə 1-cı bölüyü öz döyüş qabiliyyətini itirdi
28.03. 17.30. Düşmən, Lacın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstənin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi.
Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi.
28.03.19.00. 2-tank, 3-PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi.
Düşmən 1-ci Tabоrun arхasına çıхdı, onu əsas qüvvələrdən ayırdı. 1-ci Tabor mühasirəyə düşməmək məqsədi ilə məndən Ağqaya-Tunel istiqamətində geri çəlikmək əmri aldı.
29.03. 15.00. düşmən Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqləri istiqamətində hücuma keçərək, Kəlbəcər r-nun 2-ci və 3-ci hazırrıqsız оzünümüdafiyə bölüklərini darmadağın etdi.
29.03.11.00 vəziyyət kritik həddə çatmışdı.
30.03.1993-cü il tarixində Kəlbəcər rayonunda fasiləsiz olaraq mürəkkəbləşən ağır vəziyyət öz böhranlı mərhələsinə çataraq dönməz xarakter almışdı.
Müdafiəni yarmış düşmənin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununlada briqadanın yeganə təminat və hərəkət marşurutunu kəsməsinin qarşısını almaq məqsədi ilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborları Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın maruşrutunu düşməndən təmizləmək tapşırığı aldı.
Düşmən Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılışlı-Kəlbəcər, Zod-Dəmirçidam iki istiqamətdə canlı qüvvə və texnika toplamışdı və hər an hücuma keçə bilərdi.
Bu qüvvələrə qarşı bir- birindən uzağ olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilməzdi.
Düşmən 40 nəfərlik Söyüdlü və Dikyurd sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir nеcə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1:12 qat idi.
Kəlbəcər doyüşündə 701-ci briqadasına qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq ( 6 hərbi alayı, 1 tank taburu və döyüş vertalyotları) doyüşürdü.
Erməni və rus ordu birləşmələri, Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqləri istiqamətində hücuma keçərək, Kəlbəcər rayonu sakinlərindən təşkil edilmiş özünümüdafiyə 2-ci və 3-cü bölüklərini darmadağın etdi. 701-ci briqadanın 1-cü taboru faktiki mühasirə vəziyyətinə düşmüşdülər.
Kəlbəcər və Laçın rayonunda yerləşən 701-ci briqada və başqa bölmələr sağ cinahdan Ermənistan Respublukası sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan QEO və erməni birləşmələri, arxada isə Kicik Qafaz dağlarının qarlı-qayalı, keçilməz Murovdağ silsiləsi əhatəsində düşmənin caynaqlarında sıxılmış vəziyyətə düşmüşdülər.
ARDI VAR
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.