Daşınmaz Əmlakın Reyestri İdarəsi öz binasını belə qoruya bilmirsə... - VİDEO

15-10-2021, 09:45           
Daşınmaz Əmlakın Reyestri İdarəsi öz binasını belə qoruya bilmirsə... - VİDEO
Gördüyünüz bu bina Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsidir. Həm də ki, dövlət əmlakıdır. Bu binanın tikilmə tarixi elə də uzaq deyil. Bina bir neçə il bundan əvvəl inşa olunub. Və həmin binanın inşasına da xeyli dövlət vəsaiti xərclənib. Bunu binanın əzəmətindən, möhtəşəmliyindən də açıq görmək mümkündür. Lakin nədənsə dövlət əmlakına aid olan bina bu günləri uçub dağılır. Hansı ki, həmin binanın içində elə bir başa dövlət əmlakının sahibləri, onu göz bəbəyi kimi qorumaqla görəvləndirilən şəxslər əyləşiblər.

Ancaq nə faydası, binanın uçub dağılmasına göz yumanlar da elə onların özləridir.Göründüyü kimi, dövlət əmlakına aid olan və hazırda da dövlətin inzibati resurslarının əyləşdiyi binanın üzərinə döşənmiş üzlük daşlar uçub dağılıb, binanın qarşısında yazılan Azərbaycan dövləti sözləri, eləcə də , dövlət qurumunun özünün xidməti adını əks etdirən həriflər isə təhrif olunub. Baxın, bu da dövlət qurumunda təmisil olunan, özü də dövlət əmlakını qorumağa cavabdeh olan vəzifəlilərin dövlətimizə olan sayğısı. Sözün bitdiyi qurum! Bizdən çəkib göstərmək , gerisi isə sizə qalır… //azinforum.az//
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.