Abdin Fərzəliyev hara baxır? - Şura sədri saxta mayor imiş...FOTOFAKT - ÖZƏL

22-04-2022, 12:58           
Abdin Fərzəliyev hara baxır? - Şura sədri saxta mayor imiş...FOTOFAKT - ÖZƏL
Abdin Fərzəliyev hara baxır? - Şura sədri saxta mayor imiş...FOTOFAKT - ÖZƏL
İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta vəsiqəsini və geyim formasını geyinib "mayor" olan Elçin Quliyev qanunsuz əməllərlə dolu keçmişi olan şəxsdir.

Elçin Quliyev Abşeron İcra Hakimiyyətində hansı yüksək nailiyyətlərinə görə fəaliyyət göstərir? Bu sualımıza cavab tapmaq üçün bir sıra araşdırmalar apardıq.
Saxta Generalıın, saxta Mayoru..

İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı Firdovsi Ələkbərovun "sağ əli" kimi özünü təqdim edərək insanları bu quruma cəlb etməyə çalışırdı. Sonralar məlum oldu ki, ümumiyyətlə CIPDH Mərkəzi Asiya bürosu Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Şəxslərə saxta "rütbə" vəd edərək pul aldığına görə 2019-cu ildə Firdovsi Ələkbərov həbs edildi. Bu söhbətlərdə adı hallandığına dair məlumatımız olmasa da həmin dönəmlərdə saxta general ilə sıx əməkdaşlıq etdiyi, forma geyindiyi fotolardan bilinir.
Bu kimi keçmişi olan diplomsuz şəxsin İcra Hakimiyyətində İctimai Şura sədri işləməsi qanuna ziddir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzü ilə bağlı növbəti faktlarla dolu silsiləli yazılarımız davam edəcək....
Elçin Quliyevin saxta general Firdovsi Ələkbərov ilə bərabər fəaliyyət etdiyinə dair faktları ictimaiyyətin diqqətinə çatdırırıq:
amia.az
Nicat Ocaqlı


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.