"Xan"ın qudasının yaxın qohumu Naxçıvanın necə baş diplomatı oldu?

4-12-2022, 10:28           
"Xan"ın qudasının yaxın qohumu Naxçıvanın necə baş diplomatı oldu?
Yüngül atletika bir idman növü olaraq 5 böyük hissəyə ayrılır ki, buraya qaçış növləri, tullanmaq, atmaq, çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə yüngül atletikada 47 növ vardır, bunlardan biri də yuxarıya hoppanmaqdır.
Vasif "xan"ın ən böyük kəşfi odur ki, yüngül atletikanın yuxarıya hoppanmaq növünün qaydalarını siyasi idarəetməyə gətirib.
Onun bütün əyan-əşrəfi, generalları hoppana-hoppana indiki mövqelərinə yüksəliblər. Qibleyi-aləmin baş diplomatı Vüsal Ələkbərov da yuxarıya hoppanmaq atletikasının rekordmenlərindəndir. Gəlin onun bu vəzfiəyə necə yüksəldiyini "Qara Pişiy"in dilindən eşidək:
"Qara Pişik" xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əslində Prezidentin Sərəncamı ilə yaradılıb.
Gözünün Prezident olmaq qurdu ölməyən "xan"ın göstərişi ilə isə binanın üzərindən Azərbaycan Respublikası sözləri çıxarılıb.
Bu İdarəyə "xan"ın keçmiş qudası, Naxçıvanın sabiq DİN rəhbəri Fazil Ələkbərovun yaxın qohumu Vüsal Ələkbərov rəhbərlik edir.
Vüsal Ələkbərli də digər əyan-əşrəfi kimi qeyri-adi hoppanmaq bacarığına malikdir. Fazil Ələkbərovun bir başa dəstəyi ilə 3 ilə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi, yəni Naxçıvanın baş diplomatı olub.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru