Köhnə Xaçmaz kənd sakinləri yolu bağladı - VİDEO

6-12-2022, 15:37           
Köhnə Xaçmaz kənd sakinləri yolu bağladı -  VİDEO
Dekabrın 5-i, səhər Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakinləri öz kəndlərində yolu kəsərək etiraz ediblər.
Onların sözlərinə görə, yaxınlıqdan keçən dəmiryolu xəttinin inşası ilə məşğul olan şirkətin ağır yük maşınları, onsuz da pis vəziyyətdə olan kənd yolunu, daha da bərbad hala salıb.
Sakinlər buna görə də yolu kəsərək, şirkət rəhbərliyi ilə görüşmək və bu biyabırçı vəziyyətə son qoymağı tələb ediblər.
Olay yerinə gələn şirkət rəhbərliyi əvvəlcə sakinlərə etinasız yanaşaraq maşından düşmək istəməsə də, sonradan kənd əhalisinin tələbi ilə avtomobildən düşməyə məcbur oldu.
Sakinlərin haqlı tələblərini dinləyən şirkətin rəhbərliyinin təmsilçiləri sakinlərə bu gündən etibarən vəziyyəti düzəldəcəklərinə, proses zamanı kəndə, sakinlərə dəyən ziyanı ortadan qaldıracaqlarına söz verdikdən sonra, kənd əhalisi yolu açdı.
Bu olayda bizə maraqlı gələn daha bir detal isə ondan ibarətdir ki, təxminən iki saatdan çox çəkən bu danışıqlar, etirazlar zamanı olay yerinə, kənd bələdiyyəsinin sədrindən başqa heç bir qurumun nümayəndəsi, hətta kəndin icra nümayəndəsi də gəlmədi.
Bilmirik, bəlkə heç ümumiyyətlə də baş verənlərdən xəbərləri olmayıb.
Əgər olmayıbsa, yəqin ki, bu videonu izlədikdən sonra vəziyyətdən xəbərdar olub, problemin aradan qaldırılması üçün barmaq tərpədəcəklər...
Təbii ki, buna vaxtları və həvəsləri olacaqsa...
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru