Şərurlu İsfəndiyardan və hakim Ayaz Məmmədovdan - Mehriban Əliyevaya şikayət
19-07-2017, 13:53

Prezidentin göstərişi ilə 17 nazirlik və dövlət qurumu tərəfindən zərəçəkmişlərin mənzillə təmin olunması ilə bağlı rəsmi öhdəliyə baxmayaraq 20-yə yaxın zərəçəkmiş 5 ildən artıqdır ki, süründürülməkdədirlər.
Zərəçəkmiş şəxslər hüquqlarını bərpa etmək məqsədilə Birinci Vitse Prezidentə müraciət etmək məcburiyyətində qalmışlar. Heç bir əlavə və dəyişiklik etmədən redaksiyamıza daxil olan müraciətin mətnini təqdim edirik.
Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti xanım Mehriban Əliyevaya
Bakı şəhərində fəaliyyət göstərmiş “MUR-AY” MMC (sonradan ləvğ olunmuş) və hazırda fəaliyyət göstərən “ŞƏRUR” MMC tərəfindən aldadılaraq maddi və mənəvi zərər çəkmiş və bu vaxta qədər də məhrumiyyətlər icində olan şəxslər tərəfindən
İMDAD ƏRİZƏSİ
Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz!
Biz 2007-2010 il, müxtəlif tarixlərdə rəsmi müqavilələrlə Yasamal Rayonu M.Xiyabani küçəsi 18 ünvanında “MUR-AY” MMC tərəfindən inşa edilən binada mənzillər və qeyri-yaşayış sahələri aldıq. 2010-ci ildə aşkar oldu ki, “MUR-AY” MMC-nin rəhbər işçiləri inşa etdikləri 4 bloklu binalarda toplam 317 mənzil və qeyri yaşayış sahəsini dələduzluq yolu ilə 1000-dən çox vətəndaşa satmışlar. Aidiyatı olan bütün dövlət qurumlarına etdiyimiz şikayətlər heç bir nəticə vermədiyi üçün, bu işlə əlaqədar 100-lərlə vətəndaş məcbur olaraq PA-sı qarşısında yığılaraq dövlət başçısı hörmətli İlham Əliyevə müraciət etdik. Dövlət başçısı “MUR-AY” MMC və onun dələduzluq yolu ilə aldatdığı vətəndaşların yaşadığı ciddi problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş verdi. Bu göstəriş əsasında Baş Prokurorluq cinayət işi başlatmış və “Mur-Ay” MMC-nin rəhbəri Elxan Hüseynov başda olmaqla 7 nəfər həbs olunaraq qanuna uyğun cəzalarını almışlar, “MUR-AY” MMC isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ləvğ edilərək ona məxsus bütün əmlaklar “ŞƏRUR” MTK-ya verilmişdir. Hörmətli İlham Əliyevin göstərişinə əsasən vətəndaşlara dəymiş zərərin bərpa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “ŞƏRUR” MTK-ya 5 hk-dan çox torpaq sahəsi ayrılmiş və böyük məbləğdə maliyə yardımı edilmişdir ki, problem bütövlüklə öz həllini tapsın və aidiyatı dövlət qurumları arasında müqavilə bağlanaraq 1000-nə yaxın zərərçəkmiş bütün şəxslərin əmlak probleminin həlli “ŞƏRUR” MTK-ya tapşırılmışdır. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının göstərişi sayəsində 1000-nə yaxın zərərçəkmişlərdən 902 nəfər vətəndaşın mülkiyyət hüquqları tam bərpa olunmuşdur. Öz mənzillərinə qovuşmuş bu vətəndaşlar bu gün də Cənab Prezident İlham Əliyevə dualar etməkdədirlər. Əmlakları özlərinə qaytarılmış bu vətəndaşlarla eyni iş üzrə eyni starusda olan biz 20 nəfəri isə 4 ildən çoxdur müxtəlif bəhanələrlə bu günə qədər süeründürürlər. “ŞƏRUR” MTK isə həmin müqavilə üzrə öhdəliyi qismən icra edərək 902 nəfər zərərçəkmişə mənzil vermiş, biz 20 nəfər zərərçəkmişə isə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir. Məhkəmələrinin hökm və qərarından narazı olduğumuzdan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmə də şikayətimizi təmin etməmiş və göstərmişdir ki, biz bu məsələni mülki qaydada həll etməliyik. Hazırda biz şikayətçilərin iddia ərizəsi Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır və yekunlaşmaq üzrədir. Hakim Ayaz Məmmədov ilk baxışlarda qanuna uyğun qlaraq bizim hüquqlarımızı müdafiə etsə də, son baxışlarda açıq-aşkar “ŞƏRUR” MTK-nın himayə etməkdədir. Belə ki, 4-5 dəfə baş vermiş məhkəmə baxışlarında iştirakdan imtina etmiş, dəfələrlə yazılı bildirişlərlə “ŞƏRUR” MTK-nın nümayəndəsi Şahbaz Məmmədovdan işə aid zəruri sənədləri tələb etsə də son prosesə qədər buna nail olmamışdır. 23 iyun 2017 il tarıxdə olan baxış zamanı isə hakim Ayaz Məmmədov məhkəmə zalında açıqca bildirdi ki, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov ona deyib ki, mən heç kimə mənzil verməyəcəyəm, o vaxt imzaladığım müqavilə isə elə-belə boş bir kağız idı. Qaldı 902 nəfəri mənzillə təmin etməyimə, mən o vaxt “MUR-AY” MMC işinin mahiyyətini tam anlamamışdım və ona görə də səhv olaraq o insanlara mənzil vermişəm. Biz hakim Ayaz Məmmədova heç cürə dərdimizi anlada bilmirik ki, 902 nəfər vətəndaşın hüquqlarının bərpası İsfəndiyar Axundovun sayəsində deyil, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının göstərişi sayəsində olmuşdur.
Mərhəmətli Mehriban xanım! Bilirik ki, Prezidentimizdən və Sizdən başqa heç kim bizim dərdimizə əlac etməyəcək. Ona görə də birbaşa Sizə müraciət etməyi qərara aldıq. Sizdən çox xahiş edirik, təvəqqə edirik ki, mərhəmətinizi bizim üstümüzdən əskik etməyin. Bizim Yasamal rayon məhkəməsində olan mülki tələbimzi nəzarətinizə götürərək haqqımızın müdafiə olunmasına yardım edin. Biz yalnız Sizə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq.
Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik.
Hörmətlə:
1. Əsədov Əli Musa oğlu,
2. Əhmədov Sübhan Süleyman oğlu,
3. Cəfərov Mafisəd İltizam oğlu,
4. Abbasov İlqar Vəlican oğlu
5. Əliyev Zəfər Əlisahib oğlu
6. Məmmədli Müzəffər Əli oğlu,
7. Şirinbəyova Maral Muxtarpaşa qızı
8. Abasova Seyranə Şərəfxan qızı,..
9. İsgəndərov Vidadi Təhlət oğlu,.
10. Aslanova Nailə Vasif qızı,.
11. Abasov Mahir Ruşan oğlu,.
12. Talıbova Zibeydə Dadaş qızı
13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu
14. Abıyev Anar İsrəfil oğlu,.
15. Səfərov Alim Ərəstun oğlu.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq
strategiya.az

