"Xocavənd rayonunda torpaqlar icra başçısının əlində cəmlənib" - ŞİKAYƏT
20-07-2017, 00:02

teref.az saytının elektron poçtuna Xocavənd rayonundan şikayət daxil olub.Şikayəti sizə təqdim edirik:
Xocavənd əhalisinin narazılıq etdiyi sahələrdən biri də,əhalinin torpağa olan tələbatının ödənilməməsidir.Hansı ki,əhalisi az olan rayonun torpaq tələbatını ödəmək üçün, rayonun balansında kifayət qədər torpaq sahəsi var.Ancaq on illərdir rayon əhalisi həmin torpaqlara kənardan, həsədlə, baxa-baxa qalıblar.Nə qədər istəsələr də, onlara verilməyə torpaq tapılmır.Torpaqlar isə əsasən iki-ç nəfərin inhisarındadır.Maraqlısı budur ki,yerli əhaliyə verilməyə torpaq tapılmadığı halda,kənar rayon sakinlərinə asanlıqla verilir.Bu da aydındır nəyin müqabilində.Belələrindən birinin şikayəti əsasında, hal-hazırda rayonun hüquq mühafizə orqanlarında torpaqla bağlı işə baxılır.Yəni kənar rayon sakininə satılmış torpaq sahəsini,yenidən başqa birinə çöldən çölə satılmış ,bu da qanuni torpaq sahibinin haqlı narazılığına səbəb olmuşdur.Belələri isə onlarladır.Keçən ilin payızında, əhalinin haqlı şikayətindən sonra sakinlərə (qabağa düşmüş danışqanlara) 5 ay müddətinə 15-20 ha torpaq sahəsi verilmişdir.Ancaq yenə də rayonda söz sahibi olan aparat nümayəndələrinə daha çox,50-100 ha torpaq sahəsi ayrılmışdır.Hal-hazırda torpağa nəzarəti öz əlinə keçirmiş başçının müavini Azər Süleymanov isə daha irəli gedərək 100 ha -rı bir dəfəlik sənədləşdirmişdir.Yəni özündən əvvəlki sələfindən geri qalmamaq istəmişdir.Beləki,qabaqlar torpağa nəzarəti əlində saxlayan, qabaqkı müavin, Rəfail Mustafayev uzun müddət həmin torpaqlardan məharətlə bəhrələnmiş,keçən il isə ilişəndən sonra, dostları tərəfindən köməksiz vəziyyətdə buraxılaraq,hüquq mühafizə orqanları qarşısında tək buraxılmışdır.Bundan da inciyən Rəfail,indi hər fürsətdə "dostlarının" əleyhinə iş çevirir.Bunların arasında gedən mübarizədən isə başçı daha yaxşı bəhrələnir.Beləki uzun illərdir rayonun bütün istifdəyə yararlı torpaq sahələrinin 70 faizi bir başa başçının əlində cəmləşib.Bundan isə yalnız özünə lazım olan adamlara peşkəş verilir.Kiminin ağzı yumulur,kiminə peşkəş edilərək hörmət qazanır,qalanlarını isə özü əkib becərir.
Bu mənim tərəfimdən onlara xəbərdarlıqdır.Əgər etirazları olsa ,yəqinki daha ətraflı,geniş faktlarla yazılar olacaq.
Aslan Quliyev
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az