İnformasiyanın mühafizəsi ilə bağlı qanunda dəyişiklik edildi

18-03-2020, 00:00           
İnformasiyanın mühafizəsi ilə bağlı qanunda dəyişiklik edildi
Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununda dəyişiklik edib.

Qanuna dəyişiklik dezinformasiya, yalan məlumatların qarşısını almaq məqsədi güdür.
Qanunun 1.1 maddənin adında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilsin;

1.2. 13-2.3-cü maddədə “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri, “ehtiyatında” sözündən sonra “(informasiya-telekommunikasiya şəbəkəsində)” sözləri əlavə edilsin;
1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin:

“13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar”;

2. 13-4-cü maddənin mətnində “provayderlər” sözündən sonra “həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri” sözləri əlavə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru