Ukrayna Rusiya əraziləri hesabına formalaşıb - Putin

13-07-2021, 11:17           
Ukrayna Rusiya əraziləri hesabına formalaşıb - Putin
Ukraynanın müasir sərhədləri sovet epoxasının övladıdır və tarixi rus torpaqları hesabına yaradılıb.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsində yer alıb.

“Biz başa düşür və anlayırıq ki, o, əhəmiyyətli həcmdə tarixi Rusiyanın hesabına yaradılıb. 17-ci əsrdə Rusiya dövlətinə hansı ərazilərin birləşdirildiyini və Ukrayna SSR-in SSRİ-nin tərkibindən hansı ərazilərlə çıxdığını müqayisə etmək kifayətdir. SSRİ daxilindəki respublikalar arasında olan sərhədlər şərti xarakter daşıyırdı, amma 1991-ci ildə bu ərazilər, ən əsası da burada yaşayan insanlar bir saat içində ayrı sərhədlər içində qaldılar və həqiqətən tarixi vətənlərindən qoparıldılar”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru