“Mövcud şərtlər altında sərhədlərin demarkasiyası mümkün deyil” – Tatoyandan SƏRSƏM AÇIQLAMA

13-07-2021, 13:28           
“Mövcud şərtlər altında sərhədlərin demarkasiyası mümkün deyil” – Tatoyandan SƏRSƏM AÇIQLAMA
“Mövcud şərtlər altında Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi mümkün deyil”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Ombudsmanı Arman Tatoyan deyib. O indiyə qədər sərhədlərin müəyyənləşdirilməsi prosesinin yekunlaşmamasını Azərbaycanın Zəngəzur və Geqarkunikdə guya insanlara təzyiq göstərməsi ilə əlaqələndirib:

“Mövcud şəraitdə sərhədlərin delimitasiyası və demarkasiyası aparıla bilməz. Sərhəddə yaşayan sakinlərin hüquqlarının pozulması baxımından vəziyyətin daha da kəskinləşməsi mümkündür. Azərbaycan hərbçiləri geri çəkilməlidir ki, proses nizamlansın.

Tatoyan öz erməni xislətinə sadiq qalaraq düşünür ki, Azərbaycan hərbçiləri Ermənistan ərazilərinə daxil olublar. Amma bu şəxs başa düşmür ki, indi Ermənistan ərazisi adlandırılan ərazilərin hamısı taixi Azərbaycan torpaqlarıdır və Rusiya tərəfindən zaman-zaman ermənilərə yaşamaq üçün verilib.

Sərhədlərin müəyyənləşdirilməsinə gəlincə, Azərbaycan tərəfi heç bir qanun pozuntusuna yol vermədən öz ərazilərini müəyyənləşdirir və postlar qurur. Zəngəzur və Geqarkunik ərazilərinin bir hissəsi də məhz demarkasiya prosesi nəticəsində Azərbaycan ordusunun nəzarətinə keçib. Ermənilər isə hər zamankı kimi prosesi uzatmaq üçün müxtəlif təxribatlara əl atırlar, lakin bütün bunlar heç bir nəticə vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru